EN

III Şuşa Qlobal Media Forumundanciddimesajlarverilir-ELMAN CƏFƏRLİ- ÖZƏL

"III Şuşa Qlobal Media Forumu nüfuzlu beynəlxalq tədbirin azad Qarabağda keçirilməsi böyük əhəmiyyət kəsb edir". Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib. Onun sözlərinə görə, işğaldan azad edilən Qarabağ: Şuşa, Xankəndi artıq qlobal dialoq platformasının keçirildiyi məkana çevrilib: "Cəmi 5 il qabaq bölgə hansı vəziyyətdə idi? Ermənistanın və yerli separatçı hərbi xuntanın 1991-ci ildən başlanmış işğalı davam edirdi. Regionda erməni silahlıları qorxu və təhlükə mühiti yaratmışdılar. Ərazilər minalanmışdı. Azərbaycan ordusunun zəfər yürüşü bu reallıqları dəyişdi. Qarabağ işğaldan azad olundu, bölgədə geniş miqyaslı tikinti-quruculuq işləri başladıldı. Ermənistan və Qarabağdakı separatçı xunta bölgəni inkişafdan saxlamış, əhəmiyyətli infrastruktur layihələri icra edilməmişdi. Bu gün qısa zamanda Azərbaycanın inşa etdiyi Füzuli Beynəlxalq Hava Limanı xarici qonaqları qəbul edir. Şuşa, Xankəndi artıq beynəlxalq tədbirlərin, qlobal müzkairələrin keçirildiyi məkana çevrilib".
Siyasi şərhçi deyib ki, 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirən III Şuşa Qlobal Media Forumu, xüsusən iyulun 19-da Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən paneldə ciddi mesajlar verildi: "Azərbaycan prezidenti İlham Əliyevin müzakirələrdə çıxışı və suallara verdiyi cavablar diqqət mərkəzində idi. Onun Zəngəzur dəhlizi ilə bağlı verdiyi cavab bir sıra mətləblərə  aydınlıq gətirdi. Məlum oldu ki, Azərbaycan Şərqlə Qərb arasında mühüm tranzit keçidi olacaq Zəngəzur dəhlizinin açılmasında israrlıdır. 5 ildir prosesi yubadan Ermənistan yekun müsbət qərarı verməsə özü beynəlxalq təcrid vəziyyətində qalacaq. Azərbaycan liderinin Rusiya-Ukrayna məsələsində tutduğu mövqeyi bir daha dilə gətirməsi diqqət çəkdi. Ukraynalı jurnalistə cavabında dövlət başçısı "işğalla barışmayın" dedi. Bu, Ukrayna xalqının azadlıq mübarizəsinə verilən dəstəkdir. Dövlət başçısı buna qədər dəfələrlə Ukraynaya öz dəstəyini ifadə etmiş, işğalı pisləmişdi. Bu mövqe təbiidir. Çünki  Azərbaycan özü 30 il işğala məruz qalmış dövlət olub. Biz işğalın, azadlıq uğrunda mübarizənin və qurbanların nə olduğunu bilirik. Prezidentin Ukrayna mesajı məndə bir inam formalaşdırdı: Ukrayna xalqının işğala qarşı dirəniş mübarizəsini tezliklə qələbə ilə yekunlaşacaq".
E.Cəfərli deyib ki, prezident Rusiya ilə bağlı açıqlaması onun bu məsələdə qətiyyətli mövqeyini bir daha göstərdi.
Qeyd edək ki, AZAL-ın təyyarəsinin qəzaya uğramasından 7 ay keçməsinə baxmayaraq, hələ də Rusiya rəsmilərindən cavab verilməyib. Dövlət başçısı qeyd etdi ki, Rysiya tərəfi təyyarənin qəzaya uğramasında günahlarını etiraf etməli, suçluları cəzalandırmalı, AZAL-ın təyyarəsinə görə təzminat verilməlidir.
"Baş prokurorumuz müntəzəm olaraq Rusiyaya məktub ünvanlayır, cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik görək nə zaman bitir bu təhqiqat. Bu o demək deyil ki, biz bunu unudanıq. Bunu unuda bilmərik. Artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, buna vaxt lazım olacaq. Amma biz ədalətə nail olacağıq"-deyə, vurğulayan dövlət başçısının bu açıqlaması Azərbaycan liderinin öz dövlətinin, vətəndaşının maraqları məsələsində necə prinsipial və qətiyyətli olduğunu göstərir".

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
50
olaylar.az

10Sources