EN

Qardaşı ilə balıq tutmağa gedən oğlan kanalda batdı

Masallıda 20 yaşlı oğlan balıq tutmağa getdiyi kanalda boğularaq ölüb.

KONKRET.az Report-a istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü İbad Güloğlan oğlu Əliyev qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən Şərəfə kanalına gedib. Balıq tutan zaman kanala düşüb və boğularaq ölüb. Onun meyiti qardaşı tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
8
29
konkret.az

10Sources