EN

Zelenskidən Rusiyaya İstanbul çağırışı: “Bu həftə görüşək”

Zelenskidən
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinə İstanbulda sülh danışıqlarının üçüncü raundunun bu həftə keçirilməsini təklif etdiklərini açıqlayıb. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Dövlət başçısı bu barədə sosial media hesabında paylaşdığı videomüraciətdə bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Rusiya tərəfinə rəsmi təklif təqdim edib. “Müzakirə prosesi sürətləndirilməlidir. Atəşkəsin təmin olunması üçün bütün mümkün addımlar atılmalıdır və Rusiya tərəfi qərarlardan yayınmaqdan əl çəkməlidir”, – deyə Zelenski vurğulayıb. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşə hazır olduğunu bildirib: “Dayanıqlı sülh yalnız liderlər səviyyəsində təmin oluna bilər”.

Qeyd edək ki, 2 iyun tarixində Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilən Rusiya–Ukrayna danışıqlarında tərəflər 6 min ukraynalı hərbçinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır yaralı və xəstə hərbçilərlə yanaşı, 25 yaşadək əsir əsgərlərin mübadiləsi məsələsində razılıq əldə etmişdilər.

Chosen
55
28
1news.az

10Sources