“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun üçüncü günü başlayıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün iki panelin “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai ütimada necə təsir edir: Media savadlılığı kontekstində” - keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak edir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Topics