EN

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun başlama tarixi mətbuatda açıqlanıb

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu iyulun 23-də və ya 24-də İstanbulda keçirilə bilər.

Editor.az bu barədə türk mətbuatına istinadla yazır.

“Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu həftə İstanbulda görüşü gözlənilir. Danışıqlar çərşənbə və ya cümə axşamı baş tuta bilər. Nümayəndə heyətinin yeri, vaxtı və tərkibi ilə bağlı məlumat verilmir”,-deyə bildirilib.

Qəzet yazıb ki, görüşdə humanitar yardım, məhbus mübadiləsi, infrastruktur təhlükəsizliyi, sərhəd təhlükəsizliyi tədbirləri kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Cümə günü İstanbulda Avropa üçlüyünün nümayəndələri ilə İran arasında nüvə danışıqlarının keçiriləcəyi də bildirilir.

//Gülnarə Abasova, Editor. az

Chosen
35
44
editor.az

10Sources