EN

Kanalda balıq tutan 20 yaşlı gənc boğuldu

Masallıda qardaşı ilə balıq tutmağa gedən 20 yaşlı gənc kanalda boğulub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən, təxminən, 500 metr məsafədə yerləşən Şərəfə kanalına gələrək balıq tutan zaman kanala düşüb.

O, kanalda boğularaq ölüb, meyiti qardaşı tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
9
50
heftelik.az

10Sources