
Braziliyalı hücumçu Vinisius Junior və Madrid "Real"ı müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.Məlumata görə, futbolçu agenti vasitəsilə klub rəhbərliyinə illik vergilərdən sonrakı 20 milyon avro qazanmaq istədiyini bildirib. Hazırda onun maaşı 15 milyon avrodur – bu da Kilyan Mbappe ilə eynidir. Klub isə fransız futbolçudan daha yüksək maaş verməyə hazır deyil. Danışıqlar 2026-cı ildə davam etdiriləcək.Qeyd olunur ki, Səudiyyə Ərəbistanından bir klub ona 5 ilə 1 milyard avro təklif etmişdi, lakin bu təklif artıq geri götürülüb.Ulusum.az
Diqqət Çəkənlər
Anar Məmmədxanov – Gülüşlə Yadda Qalan Lider
"Hər ürəyi olan uça bilməz" – həkimdən sərnişinlərə XƏBƏRDARLIQ
Vyetnamda turist faciəsi: 48 nəfərin olduğu gəmi çevrildi