EN

“Arsenal” Dyökereşin transferini bitirməyib

"Arsenal" isveçli futbolçu Viktor Dyökereşin transferi ilə bağlı "Sportinq"lə danışıqları davam etdirir.

"Football-plus.az" xəbər verir ki, London klubu indi 65+15 milyon avro təklif edir. Amma "Sportinq" sabit məbləğ kimi ən azı 70 milyon istəyir. Məhz bu üzdən danışıqlar davam edir.

27 yaşlı hücumçu artıq "Arsenal"la 5 illik müqavilə ilə bağlı razılığa gəlib və "Sportinq" rəhbərliyinə ayrılmaq istədiyini bildirib.

Bu arada "Arsenal" "Real Sosyedad"ın və İspaniya yığmasının yarımmüdafiəçisi Martin Subimendinin transferini həyata keçirib.

Londonun digər nəhəngi “Çelsi” isə Ceymi Bayno-Gittens transferini rəsmiləşdirib. Dortmund “Borussiya”sının 20 yaşlı hücumçu ilə 2032-ci ilin yayına kimi müqavilə imzalanıb. Bu transferə görə "Çelsi" 50 milyon avro və 5 milyon bonus ödəyəcək.

“Tottenhem”, “Liverpul” və “Arsenal” da Ceymi ilə maraqlanırdı. 2020-ci ildən "Borussiya"da çıxış edən forvard meydana çıxdığı 107 oyunda 17 qol vurub, 14 məhsuldar ötürmə verib.

Chosen
41
50
football-plus.az

10Sources