EN

ABŞ-də sərnişin təyyarəsi az qala bombardmançı ilə toqquşacaqdı

BAKI, 21 iyul. TELEQRAF

ABŞ-nin Şimali Dakota ştatında sərnişin təyyarəsi B-52 strateji bombardmançı təyyarəsi ilə havada toqquşmaqdan çətinliklə qaça bilib.

Teleqraf xəbər verir ki, bu barədə ABC News "SkyWest" pilotuna istinadən məlumat yayıb.

Minneapolisdən uçan mülki təyyarə yüksək sürətlə uçan bombardmançı ilə toqquşmamaq üçün kəskin manevr etməli olub.

"SkyWest"-dən bildiriblər ki, təyyarənin Maynot hava limanına təhlükəsiz eniş etdiyinivurğulayıb.

Aviaşirkət hadisə ilə bağlı araşdırmalara başlayıb.

ABŞ Hərbi Hava Qüvvələri hadisə ilə bağlı hələlik şərh verməyib.

Chosen
50
3
teleqraf.com

10Sources