EN

Konqoda hökumət qüvvələri ilə M23 üsyançıları arasında toqquşmalar baş verib

Bakı. Trend:

Konqo Demokratik Respublikasının şərqində yerləşən Valunqurayonunda (Cənubi Kivu əyaləti) hökumət qüvvələri ilə “23 MartHərəkatı” (M23) üsyançı qrupu arasında şiddətli toqquşmalar qeydəalınıb.

Trend xəbər verirki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Bildirilir ki, döyüşlər Konqo səlahiyyətliləri və M23rəhbərliyinin Dohada atəşkəsə riayət olunacağına dair bəyannaməimzalamasından cəmi bir gün sonra başlayıb. Toqquşmalar xüsusiləBvenda və Muhono yaşayış məntəqələrində gedir.

Qətər və ABŞ-nin vasitəçiliyi ilə hazırlanmış həmin bəyannamədəavqustun 8-dək sülh danışıqlarının başlanması tələb olunur.

Chosen
162
az.trend.az

1Sources