EN

5,8 bal gücündə zəlzələ baş verdi

Kamçatka sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 158 km aralıda, 58,4 km dərinlikdə yerləşib.

"Hadisənin əhali üçün heç bir təhlükəsi yoxdur. Əvvəllər 7,6 bal gücündə silsilə təkanlardan sonra elan edilən sunami təhlükəsi ləğv edilib", - xidmətdən aydınlıq gətirilib.

Chosen
49
22
publika.az

10Sources