EN

Tramp Çin lideri ilə bu ölkədə görüşə bilər

Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən əvvəl və ya onun davam etdiyi zaman görüşə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

"Tramp oktyabrın 30-dan noyabrın 1-dək APEC sammitində iştirak etməzdən əvvəl Çinə səfər edə bilər və ya tədbirin özündə Çin lideri ilə görüşə bilər", - nəşr yazır.

Müşahidəçilər hesab edirlər ki, APEC sammiti iki ölkə liderləri arasında görüş üçün ən çox ehtimal olunan məkan olacaq.

Chosen
63
6
publika.az

7Sources