EN

"Fənərbağça" "İnter"in ulduzu üçün hərəkətə keçib

Türkiyə millisinin və “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu yaxın günlərdə Milan təmsilçisinin rəhbərliyi ilə görüşəcək.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə 31 yaşlı futbolçunun gələcəyi və mümkün transferi müzakirə olunacaq.

Daha əvvəl təcrübəli oyunçu ilə İstanbulun digər nəhəngi “Qalatasaray” maraqlanırdı. Lakin tərəflər razılıq əldə edə bilmədilər. Hazırda Çalhanoğlunun transferində əsas favorit “Fənərbağça” sayılır.

Hakan “İnter” rəhbərliyindən tələb olunan transfer qiymətini aşağı salmağı xahiş edəcək.

Hazırda A Seriyası çempionu futbolçu üçün azı 30 milyon avro tələb edir. “Fənərbağça” isə 15-20 milyon avro aralığında təklif təqdim etməyə hazırdır.

Qeyd edək ki, Çalhanoğlu 2021-ci ildən “İnter”in formasını geyinir və komandanın aparıcı oyunçularından biridir.

Chosen
70
23
90deqiqe.az

10Sources