EN

“Barselona” Yamalın yeni formasından 10 milyon avro qazandı

“Barselona” futbol klubu son 24 saat ərzində 70 min ədəd Lamin Yamalın 10 nömrəli formasını satıb.

Viral.az COPE-yə istinadən xəbər verir ki, bu, Kataloniya klubu üçün yeni rekord göstəricidir.

“Blauqrana” bu satışdan təxminən 10 milyon avro qazanc əldə edib. Satış həcmi “Barselona”nın proqnozlarını xeyli üstələyib.

Son Yazılar:

Yamalın yeni formaları dünyanın 170-dən çox ölkəsinə göndərilib.

Qeyd edək ki, yeni mövsümdən Yamal 10 nömrə altında çıxış edəcək.

Chosen
102
11
viral.az

10Sources