"Qalatasaray"ın "Milan"dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq.
Apasport.az xəbər verir ki, "Komo" ispaniyalı hücumçunun keçidini həll edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi 6 aylıq müqaviləsi qalan 32 yaşlı forvardın gedişindən 6 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı bu ilin fevral ayında icarəyə götürüb. İspaniya millisinin kapitanı "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
PSJ-nin futbolçusu Portuqaliya klubunda
Fransalı forvard “Liverpul”un radarında
Reşford addım-addım “Barsa”ya
Sabiq “Yuventus”lu yenidən A Seriyasında - RƏSMİ
Osimhenin İstanbula gəliş tarixi açıqlanıb