Yevlaxda bədbəxt hadisə baş verib.
APA-nın yerli müxbirinin əldə etdiyi ilkin xəbərə görə, Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsində ortayaşlı kişi suda boğulub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub.