Sloveniya parlamenti ölümcül xəstəliklərlə mübarizə aparan yetkinlərə öz həyatlarını sonlandırmaq hüququ verən qanunu təsdiqləyib.Metbuat.az xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 50 deputat evtanaziyaya “hə”, 34 deputat “yox” cavabı verib, 3 deputat bitərəf qalıb. Parlamentin təsdiq etdiyi qanunvericiliyə əsasən, Sloveniyada bütün müalicə imkanlarının tükəndiyi dözülməz xəstəliklərdə ölümə icazə veriləcək.“Köməkli ölüm qanunu”nun ruhi xəstəlikdən əziyyət çəkənlərə tətbiq edilməyəcəyi açıqlanıb.