"Barselona" futbol klubu Lamin Yamalın 10 nömrəli formaya keçməsindən sonra 24 saat ərzində 70 min forma satıb və bu, Kataloniya təmsilçisi üçün yeni rekord olub.
Moderator.az bu barədə COPE-ə istinadla xəbər verir.
Qiymətləndirmələrə görə, "Barselona" bu satışlardan təxminən 10 milyon avro qazanıb.
Bildirilir ki, kommersiya uğuru "Barselona"nın bütün proqnozlarını üstələyib. 10 nömrəli və Yamalın adı olan köynəklər 170-dən çox ölkəyə göndərilib.
Bununla da "Barselona"nın keçmiş hücumçuları Lionel Messi və Neymarın göstəriciləri üstələnib, klub tarixində bir gündə ən çox forma satışı həcmi qeydə alınıb.