EN

Sabahın havası açıqlandı

İyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumatına əsasən, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° olacaq.

Xəbər 3 dəfə oxunub.
Chosen
13
49
xezernews.az

10Sources