Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Heftelik.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
APA dənizdə batan iki nəfərin 16 yaşlı yeniyetmələr olduğu barədə məlumat yayıb. Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu Xırdalan sakinləridir.
Axtarış-xilasetmə işləri davam edir.