EN

Hikmət Hacıyev Əbu-Dabi görüşündən DANIŞDI

 

"Əbu-Dabi görüşü konstruktiv şəkildə keçirilib".

News24.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

“Bu görüşdə danışıqlar üçüncü tərəf olmadan baş tutub. Son iki ildə Azərbaycan və Ermənistan arasında danışıqlar əsasən bu formatda aparılıb.

Artıq məlumdur ki, tərəflər sülh müqaviləsi üzərində razılığa yaxınlaşıblar. Danışıqlarda müzakirə olunan əsas mövzulardan biri də məhz bu – sülh sazişinin imzalanması məsələsi idi”,- o qeyd edib.





Chosen
17
4
news24.az

10Sources