EN

İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır

İyulun 21-dən etibarən İranla Rusiya arasında Xəzər dənizində birgə dəniz xilasetmə təlimləri (CASAREX 2025) keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, “Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə” şüarı altında keçriləcək təlim ordu və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin, İranın Polis Komandanlığının, Rusiya Hərbi Dəniz Qüvvələrinin və Xəzər dənizi ölkələrindən olan müşahidəçilərin iştirakı ilə keçiriləcək.

Təlimin məqsədi dəniz təhlükəsizliyini təşviq etmək, o cümlədən Xəzər dənizi ilə həmsərhəd ölkələrin hərbi-dəniz qüvvələri arasında qarşılıqlı əlaqələrini artırmaqdır.

Chosen
31
50
operativmedia.az

10Sources