EN

Şuşada Qlobal Media Forumunun ikinci günü başladı

Şuşa, 20 iyul. TELEQRAF

“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Medianın Dayanıqlılığının Artırılması” mövzusuna həsr olunan III Şuşa Qlobal Media Forumunun ikinci günü başlayıb.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bugünkü panel müzakirəsinin mövzusu “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı”dır.

Qeyd edək ki, Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.

Chosen
4
50
teleqraf.com

10Sources