EN

"Gecənin əfsanələri" Bakıda coşqu yaratdı: "Legend Cars", kartinq finalı və drift-şou bir arada (FOTO)

Bakı. Trend:

İyulun 19-da Azərbaycan Avtomobil Federasiyasınıntəşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, “CaspianEvent Organisers” və Dənizkənarı Bulvar İdarəsi ilə birgəəməkdaşlıq çərçivəsində “Gecənin əfsanələri” (Legends of The Night)adlı yarış, kartinq çempionatının finalı və drift şoukeçirilib.

Trend xəbər verir ki, DövlətBayrağı Meydanında xüsusi hazırlanmış trasda 12 peşəkar pilotklassik dizaynla müasir texnologiyanı birləşdirən kompaktavtomobillərlə mübarizə aparıb. Yarış izləyicilərə parlaq vədinamik atmosfer bəxş edib. 25 dövrəlik gərgin mübarizəninyekununda birinci yerin sahibi Adil Axundov, ikinci yerin sahibiFərid Quliyev, üçüncü yerin sahibi isə Elvin Xudaverdiyev olub.

Tədbir çərçivəsində 12-15 yaşlı pilotlar arasında kartinq üzrəçempionatın final mərhələsi də keçirilib. Bu unikal yarış “BakuCity Karting” trekində 12–16 iyul tarixlərində təşkil edilən testyürüşləri ilə başlayıb və nəticədə 20 ən yaxşı gənc pilot seçilib.İyulun 18-də Dövlət Bayrağı Meydanında qurulan xüsusi trasdasərbəst yürüşlər və təsnifat mərhələsi keçirilib. Bu, gəncpilotlara real yarış atmosferini hiss etməyə imkan verib. Nəticədə10 finalçı müəyyən olunub.

İyulun 19-da keçirilən 15 dövrəlik final yarışı isə əslavtomobil idmanı bayramına çevrilib. Gərgin və maraqlı mübarizədəqalib Teymur Rəhimov, ikinci və üçüncü yerləri isə müvafiq olaraqRafiq Kazımlı və Ömər Şahmuradlı qazanıb. Bütün qaliblər kubok vəxatirə hədiyyələri ilə təltif olunub.

Axşam proqramı çərçivəsində baş tutan drift-şou, avtomobil vəmotosikletlərlə ekstremal tryuklardan ibarət “Stunt Show”, eləcə dəmotosiklet şousu qonaqlara unudulmaz emosiyalar və adrenalinyaşadıb. Şounun əsas ulduzları dünya üzrə 20-dən çox rekordunsahibi olan britaniyalı avtokaskadyor Terri Qrant, BöyükBritaniyanın çoxqat fristayl çempionu, motokaskadyor Li Bauers vəİrlandiyadan olan peşəkar drift pilotu Neyl Qan olub.

Chosen
43
8
az.trend.az

9Sources