EN

"Qarabağ"ın rəqibi yeni futbolçu transfer etdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan "Şelburn" heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə İrlandiya klubunun Mətbuat xidməti məlumat yayıb.

Dublin təmsilçisi Cek Henri Frensisi transfer edib. Son olaraq İrlandiyada "Slayqo" klubunda oynayan 21 yaşlı yarımmüdafiəçi İngiltərədə "Fulhem" və "Arsenal" klublarının akademiyalarında çıxış edib. 

Qeyd edək ki, "Şelburn"la "Qarabağ"ın ilk görüşü iyulun 23-də İrlandiyada olacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə iyulun 30-da  saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Hazırladı:

Elçin CƏFƏROV,

"Azərbaycan"

Chosen
59
6
azerbaijan-news.az

10Sources