"İnter Mayami" MLS-in 24-cü turunda "Nyu York Red Bullz" ilə qarşılaşıb.
QOL.az xəbər verir ki, oyun Harrisonda "Red Bull Arena"da keçirilib. Görüşdə "İnter Mayami" 5:1 hesablı qələbə qazanıb.
"İnter Mayami"nin qol vuran futbolçuları arasında Jordi Alba, Telasko Seqoviya (dubl) və Lionel Messi (dubl) var.
"Nyu York Red Bulls"dan isə yalnız Aleksander Hak fərqləib.
"İnter Mayami" son yeddi matçında altıncı qələbəsini qazanıb. Hazırda komanda turnir cədvəlində 41 xalla 5-cidir.