EN

Premyer Liqasında transfer hərəkətliliyi sürətlənib

Finss.az - 2025/26 mövsümünə hazırlaşan Misli Premyer Liqasının iştirakçıları yay transfer pəncərəsində heyətlərində ciddi dəyişikliklər ediblər.

Hazırda 12 klubun hamısı yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.

“Qarabağ” Portuqaliya və Xorvatiya klublarından 4 futbolçu transfer etməklə yanaşı, bir neçə aparıcı futbolçusu ilə yollarını ayırıb.
“Zirə” heyətinə əsasən yerli oyunçuları cəlb edərkən, “Araz Naxçıvan” təcrübəli beynəlxalq transferlərlə güclənib.
“Neftçi”“Sabah” klubları geniş dəyişikliklər apararaq bir neçə əcnəbi oyunçunu heyətinə qatıb.
Yeni mövsümdə Premyer Liqaya qoşulan “Karvan”“İmişli” də legioner transferlərinə üstünlük verib.

Hazırkı mərhələdə transfer fəaliyyətinə görə ən aktiv klublar sırasında “Neftçi”, “Araz-Naxçıvan” və “Zirə” önə çıxır. Əvəzində bəzi klublar baş məşqçi dəyişikliyinə gedərək yeni taktiki dövrə start veriblər.

Qeyd edək ki, 2025/26 mövsümündə Premyer Liqada mübarizə aparacaq komandalar tam heyət formalaşdırmaq üzrədir.

Chosen
97
3
fins.az

10Sources