EN

Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

Bakı. TurkicWorld:

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

TurkicWorld xəbər verir ki, imtahanda iştirak etmək üçün 1416 nəfər müraciət edib. Onlardan:

271 nəfər – Kiçik və Orta Sahibkarlıq Subyektləri üzrə Sertifikat (KOSS),

622 nəfər – Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Sertifikat (MHBS),

523 nəfər – İctimai Sektorun Maliyyə Uçotu Beynəlxalq Standartları üzrə Sertifikat (İSMUBS) imtahanına qatılacaq.

İmtahanlar saat 10:00-da başlayacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

İmtahan 3 saat davam edəcək və 40 test tapşırığından ibarət olacaq:

Qapalı testlərdən 20-si 1 balla, 10-u 2 balla,

Açıq testlərdən 8-i 5 balla, 2-si isə 10 balla qiymətləndiriləcək.

Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. Özləri ilə aşağıdakılar mütləq olmalıdır:

Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya pasport),

İmtahana buraxılış vərəqəsi,

Qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələm,

HB sərtliyində sadə karandaş,

Kalkulyator.

İmtahanlar kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində yerləşən 6 binada keçiriləcək.

İmtahanın təşkili üçün:

6 ümumi imtahan rəhbəri,

16 imtahan rəhbəri,

131 nəzarətçi,

22 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Chosen
12
17
turkic.world

10Sources