EN

Zelenski: Ukrayna sülhə nail olmaq üçün liderlər səviyyəsində görüşə hazırdır

"İstanbuldakı son görüşdə əldə olunan razılaşmaları həyata keçirməyə davam edirik. Komanda hazırda başqa bir mübadilə üzərində işləyir".

İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” hesabında bildirib.

Ukraynanın keçmiş müdafiə naziri Rustem Umerovun gələn həftə danışıqların üçüncü raundunun keçirilməsi üçün Rusiyaya təklif verdiyini qeyd edən Zelenski, "Danışıqların dinamikası artırılmalıdır. Atəşkəs əldə etmək üçün hər şey edilməlidir. Rusiya tərəfi isə öz qərarlarından yayınmağı dayandırmalıdır", - əlavə edib.

Zelenski sülhə nail olmaq üçün liderlər səviyyəsində görüşün vacibliyini vurğulayaraq, Ukraynanın belə bir görüşə hazır olduğunu bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
37
ikisahil.az

1Sources