Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşdən sonra bildirib.
Ukrayna liderinin sözlərinə görə, İstanbulda keçirilən son görüşdə əldə olunan razılaşmalar icra olunur, əsir mübadiləsi istiqamətində dialoq davam edir və növbəti mübadilə üzərində iş gedir.
Son Yazılar:
- Zelenski Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif etdi
- Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
- Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq
Zelenski qeyd edib ki, danışıqlar dinamikasını gücləndirmək lazımdır və Rusiya qərarlardan yayınmaqdan əl çəkməlidir.
“Sülhün təmin olunması üçün liderlər səviyyəsində görüşə ehtiyac var. Ukrayna belə bir görüşə hazırdır,” – deyə dövlət başçısı vurğulayıb.