EN

Azərbaycan Prezidenti: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz

Azərbaycan həmişə neokolonializmin əleyhinə olub.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

“Neokolonializmlə qarşı mövqeyimiz dəyişməz olaraq qalır. Qoşulmama Hərəkatına sədrlik etdiyimiz ilk ildən biz müstəmləkə ərazilərinin dekolonizasiyası və müstəqilliyi, ədalətə qovuşmalarının, beynəlxalq təşkilatlar tərəfindən müstəqil qərarların qəbul olunmasının carçısı idik. Bu, Qoşulmama Hərəkatının sədri kimi biz bunu etdik. Eyni zamanda, bu, bir ölkə kimi bizim mövqeyimiz idi. Çünki bu gün, XXI əsrdə, bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz”, - Prezident bildirib.

O xüsusilə vurğulayıb ki, Fransa ilə Yeni Kaledoniya arasında baş verənlər bir başlanğıcdır:

“Düşünürəm ki, bu, Yeni Kaledoniyada o faciəli hadisələr olmadan baş verməzdi. 10-dan artıq insan öldürüldü. Bu addım Fransanın hakimiyyət orqanları tərəfindən atıldı. Əgər Yeni Kaledoniya xalqı güclü siyasi iradələrini, cəsarətlərini, şücaətlərini nümayiş etdirməsəydilər, bu saziş, çox güman ki, heç vaxt imzalanmazdı. Buna görə də siz mübarizə aparmalısınız. Siz ərazilərinizin, ərazi bütövlüyünüzün bərpası, azadlığınız uğrunda mübarizə aparmalısınız. Ümid edirəm ki, bu ilk addım davam edəcək və bütün ərazilər, bu gün Fransanın müstəmləkə idarəçiliyi altında olan ərazilər Fransa ilə Yeni Kaledoniya kimi dövlətlərarası münasibətlər sazişini əldə edəcəklər”, - dövlət başçısı əlavə edib.

Chosen
50
50
ikisahil.az

10Sources