EN

Naxçıvanın Baş naziri haqqında şok iddialar: “Bakıdan gələn nazirlər belə…”

Naxçıvanın Baş naziri haqqında şok iddialar: “Bakıdan gələn nazirlər belə…”

“Naxçıvanda tenderlərin qazanan bütün şirkətlər Muxtar Respublikanın baş naziri postunu tutan Ceyhun Cəlilovun şirkətləridir”.

Editor.az xəbər verir ki, bu barədə “Dia-Az”a göndərilən məlumata deyilir.

Xəbərdə həmçinin vurğulanır ki, Naxçıvan Muxtar respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri əvəzi Rahid Ələkbərli və Naxçıvan Muxtar respublikasının iqtisadiyyat naziri əvəzi Tapdıq Əliyev Ceyhun Cəlilovun şirkətlərinə tenderlər qazandırmadığına görə vəzifələrindən uzaqlaşdırılıb.
Ceyhun Cəlilovun bütün Naxçıvandakı nazirləri çağıraraq, ayrı-ayrılıqda onlardan tenderlərə təqdim edəcəkləri məlumatları alıb öz şirkətlərinə ötürür. Beləliklə, onların qalıb olmasına şərait yaradır.
Hansı Nazir Ceyhun Cəlilovun dediklərini etməsə, aqibəti Tapdıq Əliyev və ya Rahid Ələkbərli kimi olur.

Hətta Ceyhun Cəlilovun Naxçıvan Naxçıvan Muxtar Respublikasına gətirilən “Toyota Camry” markalı avtomobillərin də idarə-müəssisə rəhbərlərinə məcburi satdırılmasını da təşkil etdiyi iddia olunur.
Bu da hamısı deyil. “DİA-AZ”ın əldə etdiyi bilgilərə görə, Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Elnar Hüseynov ilə birlikdə hərəkət edərək Naxçıvan Muxtar Respublikasının bütün idarə-müəssisələrinə qanunsuz cərimələr tətbiq edir.
Nazirlik və nazirliklərə tabe müəssisələrin ƏMAS-da (əmək və məşğulluq altsistemi) olan bütün məlumatları Ceyhun Cəlilovun tapşırığı ilə Elnar Hüseynova ötürülür.

Beləliklə, Elnar Hüseynov da bütün idarə-müəssisələri davamlı cəriməliyərək (1000-5000 manat arasında) talan edir.
Hətta Naxçıvanda vəziyyət o qədər ağırlaşıb ki, Bakıdan Naxçıvana təyin olunan nazir və nazir müavinləri burdan qaçmaq istəyirlər.
Çünki Ceyhun Cəlilov sanki özünü Naxçıvanın Ali vəzifəli şəxsi hesab edir.
Bunlar onu göstərir ki Naxçıvanda idarəetmə sistemində böyük anormallıq var…

“Dia-Az”

Chosen
57
50
editor.az

10Sources