EN

Xanyurdu kənd sakini: Biz böyük çətinliklər bahasına əldə edilən zəfəri qoruyub saxlamağı bacarmalıyıq

Xocalı rayonunun Xanyurdu kənd sakini Vüsalə Abbasova doğma kəndlərinə köçməyin sevincini yaşayanlardan biridir.

“Report”un Xocalıya ezam olunan əməkdaşına müsahibəsi zamanı V. Abbasova sevinc hisslərini belə ifadə edib.

“Qarabağa, öz doğma ocağımıza döndüyüm üçün çox şadam. İlkin olaraq vətənimizin bütövlüyü sevincini bizə yaşadan cənab prezidentə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Xocalı xalqımızın həm hüzn, həm də qürur yeridir. Çünki, tariximizin qanlı sətirləri bu dağlarda yazıldı. Zəfər tariximizdə möhürü bu dağlarda vurulub. Adama elə gəlir ki, bu yerlərin hər addımında şəhidlərimizin narahat olan ruhları səni izləyir. Biz bu gündən sonra, böyük çətinliklər bahasına əldə edilən bu zəfəri qoruyub saxlamağı bacarmalıyıq”.

V. Abbasova Xanyurdu kəndində yaradılan şəraitə görə minnətdarlığını bildirib:

“Biz bu gün elimizə sevinclə, qürurla, fərəh hissi ilə qayıtdıq. Dövlətimiz burada evlərimizi əsaslı təmir edərək bizlərə verib. Evlərimizdə hər cür şərait yaradılıb. İşıq, su, qaz, rabitə. Dünən Prezidentimiz burada oldu, sakinlərlə görüşdü, evlərə baxış keçirdi. Allah Prezidentimizi qorusun. Mən fəxr edirəm ki, belə bir Prezidenti olan ölkənin vətəndaşıyam”.

Chosen
63
report.az

1Sources