Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat yayıb.
Baş nazir ötən ay baş vermiş faciəli hadisələrlə bağlı İran Prezidentinə başsağlığı verib.
Söhbət zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq gündəliyə aid geniş spektrli məsələləri müzakirə ediblər.
"Baş nazir Paşinyan Prezident Pezeşkiana Ermənistana rəsmi səfərə dəvət edib", - Bağdasaryan bildirib.