EN

Xocalının Xanyurdu kənd sakini: Prezidentlə görüş heç vaxt unutmayacağımız tarixi an oldu

"Uzun ayrılıqdan sonra Qarabağa qayıtmağın sevincini yaşayırıq. Prezidentimizə minnətdarlığımı bildirirəm".

APA xəbər verir ki, bunu Xocalının Xanyurdu kənd sakini Vüsalə Abbasova deyib:

“Çox şadıq. Dünən Prezidentimiz burada oldu, sakinlərlə görüşdü, evlərə baxış keçirdi, problemlərimizi dinlədi. Allah Prezidentimizi qorusun. Mən fəxr edirəm ki, belə bir Prezidenti olan ölkənin vətəndaşıyam. Bu görüş heç vaxt unutmayacağımız tarixi an oldu”.

Kənd sakini evlərində hər bir şəraiti olduğunu vurğulayıb: “Bütün zəhməti olanlara təşəkkürümü bildirirəm".

Chosen
41
apa.az

1Sources