EN

Məşhur idmançının paraşütdə ürəyi dayandı


Məşhur ekstremal idman növü ilə tanınan Feliks Baumqartnerparaşütü ilə uçarkən ölüb.


“Medicina” xəbər verir ki, ilkin məlumatlara görə, idmançıİtaliyada motorlu paraplanla uçarkən havada ürəyi dayanıb.

SHOT Telegram kanalının məlumatına görə, hadisə iyulun 17-də günorta saatlarında Adriatik sahilindəki Porto Sant'Elpidio kurort şəhərində baş verib. Riskli kaskadyorlar tryükləri ilə tanınan Baumqartner yamac paraşütü ilə uçarkən qəfil özünü pis hiss edib. O, idarəetməni itirərək Le Mimose otelinin hovuzuna düşüb.

Yıxılan zaman idmançı müəssisənin qadın əməkdaşını vurub. Qız təcili xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir. İdmançı isə təcili yardım gələnə qədər ölüb.

Qeyd edək ki, Feliks Baumqartner 2012-ci ildə stratosferdən 39 kilometr hündürlükdən tullanaraq dünya şöhrətinə çevrilib. Sərbəst düşmə zamanı o, səs sürətini aşaraq üç dünya rekordu qırıb.

Bundan sonra Baumqartner riskli layihələrlə, o cümlədən paraşütlə tullanma və yamac paraşütü ilə məşğul olmağa davam edib.

Aygün Musayeva
Medicina.az

Chosen
47
2
medicina.az

10Sources