"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Şelburn" heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə İrlandiya klubunun mətbuat xidməti məlumat yayıb.
Dublin təmsilçisi Cek Henri Frensisi transfer edib. son olaraq İrlandiyada "Slayqo" klubunda oynayan 21 yaşlı yarımmüdafiəçi İngiltərədə "Fulhem" və "Arsenal" klublarının akademiyalarında çıxış edib.
Qeyd edək ki, "Şelburn"la "Qarabağ"ın ilk görüşü iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.