EN

Roman Hüseynov “Karvan”a lazım olmadı

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” daha bir futbolçusu – Roman Hüseynov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yarımmüdaifəçinin başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub Romana xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Roman Hüseynov ötən mövsümün əvvəlindən “Karvan”da çıxış edirdi. 27 yaşlı mərkəz yarımmüdafiəçisi daha öncə “Qəbələ”, “Kəpəz”, “Sumqayıt”, “Mingəçevir” və “Şamaxı” kimi klublarda da forma geyinib.

Xatırladaq ki, “Karvan” daha öncə Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulovla da yollarını ayırmışdı. Kamran İbrahimov isə Yevlax klubu ilə yeni müqaviləyə imza atıb. Gedənlərin əvəzində Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens və Qavi Tompson heyətə cəlb edilib.

Chosen
85
arena.az

1Sources