EN

Elgizlə İlqar küsülüdür - 18 ildir ki...

"18 il bundan əvvəl məndən asılı olmayan səbəbə görə İlqar Xəyalla bir insident yaşandı. Allah şahiddir ki, üzünü görməmişdim. Orada olacağından xəbərsiz idim. Elə oldu ki, İlqar bəy səhnəyə çıxmadı. Düz 18 ildir ki, buna görə danışmırıq".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib.

O, küsülü olduqları 18 il ərzində cəmi bir dəfə üz-üzə gəldiklərini bildirib:   Marqarita pizza

"İstədim ki, görüşüm. Hər halda o məndən böyükdür, gərək yaxınlaşaydım. Elə bilir ki, onun qəlbinə dəymişəm. Yeganı müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq. Onu çox istəyirəm, gözəl insandır. Konsert salonunu tamaşaçılarla dolduran insandır. Bunu görmüşəm, konsertinə bilet tapılmırdı".


Telegram kanalımız
Chosen
39
9
yenisabah.az

5Sources