Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Hikmət Gülrza oğlu İskəndərov idarə etdiyi VAZ-21011 markalı avtomobillə yolun kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə Vahid qızı İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü H.İskəndərov və sərnişin, 2008-ci il təvəllüdlü Zənurə Bala qızı İsgəndərova bədənin müxtəlif nahiyələrinin xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.