EN

Yasamal və Hövsan yaşayış komplekslərinin təmirinə 4,7 milyon manat xərclənəcək

BAKI, 19 iyul. TELEQRAF

"Mənzil İnşaatı Dövlət Agentliyi" (MİDA) Yasamal-1 və Hövsan-1 yaşayış komplekslərində təmir işləri aparacaq.

Teleqraf xəbər verir ki, qurum bunun üçün 4 milyon 744 min 971 manat vəsait xərcləməyi planlaşdırır. Müvafiq işlər üzrə tender elan edilib və podratçı axtarılır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi avqustun 15-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Chosen
102
teleqraf.com

1Sources