EN

“Fənər” PSJ ilə razılaşdı - 4 illik müqavilə imzalayacaq

Yeni mövsümdə Super Liqada çempionluğu hədəfləyən “Fənərbaxça” Milan Şkriniarla razılıq əldə edib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, İstanbul klubu PSJ ilə bütün məsələlərdə razılığa gəlib və futbolçu ilə 4 illik müqavilə imzalanacaq.

31 yaşlı müdafiəçi “sarı-lacivərdlilər”dən illik bonuslarla birlikdə 7,5 milyon avro məvacib alacaq.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında “Fənərbaxça”da keçirən Şkriniar bu komanda ilə 23 rəsmi oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cimbom"a xəyanət şoku: "Çalhanoğlu" addım-addım "Fənərbaxça"ya

"İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil"

"Qalatasaray" "Napoli"dən əlavə vaxt istəyib

Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub

"Siti" yetirməsi üçün hərəkətə keçib

Chosen
42
4
apasport.az

6Sources