EN

Ağdamda 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası fəaliyyətə tam hazırdır

Ağdam şəhərində 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası fəaliyyətə tam hazırdır.

Day.Az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Trend-in müxbirinə açıqlamasında bildirib ki, 160 yerlik Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb:

"Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanış olublar.

Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var".

Chosen
76
43
day.az

10Sources