EN

Hakan Fidan amerikalı həmkarı Rubio ilə Suriyanı müzakirə etdi

Türkiyənin Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, görüşdə Suriyanın cənubundakı vəziyyət müzakirə edilib.
Fidan Suriyadakı qarşıdurmaya ən qısa zamanda son qoyulmalı və sülhün bərqərar olmasının vacibliyini qeyd edərək, bu kontekstdə tərəflər arasında əldə olunan anlaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

İsrailin Suriya ərazisinə müdaxiləsinin problemi daha da dərinləşdirdiyini bildirən Fidan, Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə hər hansı hücumun regional sülh səylərinə də zərər vurduğunu bildirib.

Fidan görüş zamanı həmkarına vurğulayıb ki, terror təşkilatlarının Suriyanın cənubundakı vəziyyətdən istifadə etməsinə qətiyyən icazə verilməyəcək.

Fidan Türkiyənin ABŞ-ın Suriyada oynadığı konstruktiv rolunu dəstəklədiyini və Türkiyənin ABŞ və digər ölkələrlə münaqişə və gərginliyin daimi olaraq sona çatması üçün işləməyə hazır olduğunu ifadə edərək, Suriya xalqının gələcəyini qurmaq fürsətini qaçırmamaq lazım olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
83
42
turkustan.az

10Sources