EN

Azərbaycandakı danışıqlar uğurlu oldu: Atəşkəs elan edildi

Suriyada gərginləşən vəziyyət məcrasına dönə bilər. 

ABŞ-nin Türkiyədəki səfiri Tom Barak İsrail və Suriyanın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, ölkəsinin Suriya üzrə xüsusi nümayəndəsi olan Barak bu barədə sosial mediada yazıb. O bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu və Suriya Prezidenti Əhməd əl-Şaraa ABŞ dövlət katibi Marko Rubionun dəstəyi ilə Türkiyə, İordaniya və digər qonşu ölkələrin qəbul etdiyi atəşkəs barədə razılığa gəliblər.

“Biz druzları, bədəviləri və sünniləri silahlarını yerə qoymağa və digər azlıqlarla birlikdə yeni və vahid Suriya kimliyi qurmağa çağırırıq”, - deyə Barak yazıb.

Məlumat üçün bildirək ki, İsrail çərşənbə günü Dəməşqə və cənubdakı hökumət qüvvələrinə hava zərbələri endirib, onlardan geri çəkilməyi tələb edib. Bildirib ki, İsrail Livan və İsraildə də ardıcılları olan kiçik, lakin nüfuzlu azlığın bir hissəsi olan Suriyadakı druzları qorumağa çalışır.

Bundan əvvəl yayılan məlumatlara görə, İsrail və Suriya arasında danışıqlar Azərbaycanda baş tutub.

Chosen
33
cebheinfo.az

1Sources