EN

Gəncədə qonşular arasında davada 3 nəfər xəsarət alıb

Gəncədə qonşular arasında davada 3 nəfər xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivində qeydə alınıb. Dava nəticəsində 1967-ci il təvəllüdlü B.Qasımov, 1964-cü il təvəllüdlü Ə.Bağırov və 1971-ci il təvəllüdlü K.Qasımova xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
51
11
cebheinfo.az

10Sources