İsrailin Baş naziri Benyamin Netanyahu və Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaara Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər.
Tribunainfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak “X” səhifəsində yazıb.
T.Barrak əlavə edib ki, atəşkəs razılığı Türkiyə, İordaniya və digər qonşu dövlətlər tərəfindən də dəstək alıb.
O, həmçinin bildirib ki, ABŞ druzları, bədəviləri və sünniləri silahı yerə qoyub yeni və vahid Suriya yaratmağa çağırır.