Ajans.az xəbər verir ki, 1967-ci il təvəlüdlü Bəxtiyar Qasımov ayaq nahiyyəsinin kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
İlkin məlumata görə, adıçəkilən şəxs qonşusu ilə mübahisə edib və bu mübahisə əlbəyaxa davaya çevrilib. Faktla bağlı araşdırma başlanılıb.