EN

KDÇ-də çox qazanıblar, 1-2 saat az dincəlsinlər: Teabs “Real”ı “vurdu”

Xavyer Tebas “Real Madrid”in təqvimlə bağlı şikayətlərindən danışıb.

Publika.az xəbər verir ki, bundan əvvəl İspaniya Kral Futbol Federasiyası Madrid klubunun “Osasuna” ilə ilk tur matçının təxirə salınması tələbini rədd etmişdi. La Liqanın prezidenti Xavyer Tebas qərarı dəstəkləyib .

“Biz artıq öz mövqeyimizi bildirmişik: kollektiv müqavilənin müəyyən edilmiş qaydalarına əsasən, bərpa üçün kifayət qədər günlər var. Problem La Liqada deyil, klublararası dünya çempionatı kimi, tarixləri birtərəfli qaydada təyin edən turnirdir. Hətta oyunçular birliyi FIFPro da bundan şikayət edib.

PSJ avqustun 13-də UEFA Superkubokunu oynayır, Fransa çempionatı isə avqustun 17-də onlar üçün başlayır. “Çelsi” Premyer Liqaya avqustun 17-də, “Real” isə 19-da başlayır. Məncə, bu vaxt kifayətdir.

Chosen
29
publika.az

1Sources