İsrailin Baş naziri Benyamin Netanyahu və Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şəraa ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılıq əldə ediblər.
APA xəbər verir ki, bubarədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak "X" hesabında məlumat yayıb.
“Atəşkəs razılaşması ABŞ dövlət katibi Marko Rubio-nun dəstəyi ilə əldə olunub. Razılaşmanı Türkiyə, İordaniya və digər qonşu ölkələr də dəstəkləyib”, – Barak qeyd edib.